Tovuzda evdə partlayış olub: xəsarət alan var

Hadisə

24.04.2023 - 00:57

Həkimlər Klinikalar SEO Xidməti

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Tovuz rayonu, İbrahimhacılı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN-dən AYNA-ya verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 1975-ci il təvəllüdlü Rüstəmov İlqar Oruc oğluna məxsus ümumi sahəsi 80 kvadratmetr olan ikiotaqlı köməkçi tikilidə ilkin ehtimala görə məişət qaz balonunun sızması nəticəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının təsirindən tikiliyə ziyan dəyib və yanğın nəticəsində köməkçi tikilidə ev əşyaları 5 kadratmetr sahədə yanıb. Ev sahibi İ.Rüstəmov aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş