“Qalatasaray” Çempionlar Liqasında 3-cü matçını keçirəcək
Bu gün UEFA Çempionlar Liqasında növbəti turun oyunları keçiriləcək. AYNA xəbər verir ki, matçların ikisi 20:55-də, altısı isə 23:00-da başlayacaq.
Turun açılışı “Şaxtyor Donetsk” - “Dinamo Zaqreb” və “Atletiko Madrid” - “Bayer Leverkuzen” qarşılaşmaları ilə olacaq.
23:00-dan etibarən Çempionlar Liqası daha 6 matçla azarkeşlərin görüşünə gələcək:
“Mançestr Siti” - “Atalanta”
“Qalatasaray” - “Real Madrid”
“Olimpiakos” - “Bayern Münhen”
“Club Brügge” - “Paris Saint Germain”
“Tottenham Hotspur” – “Crvena Zvezda”
“Yuventus” – “Lokomativ Moskva”
Qeyd edək ki, Azərbaycanda da kifayət qədər azarkeşi olan Türkiyə təmsilçisi “Qalatasaray” Çempionlar Liqasında 3-cü matçını keçirəcək.