Tərtərdə reyd: qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb

Xəbərlər

03.06.2022 - 15:42

Həkimlər Klinikalar SEO Xidməti

Faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

AQTA-dan AYNA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə rayon ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində reydlər aparılıb.

Reyd zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan, baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan mənşəli məhsulların satışının həyata keçirildiyi məntəqələr aşkar edilib.

Faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri üçün zəruri məlumatlar verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş