Tərtərdə mina partlayışında 3 nəfər ölüb

Xəbərlər

28.04.2023 - 21:17

Partlayış nəticəsində "RPS Energy Ltd." şirkətinin əməkdaşları Səxavət Gözəlov, Nadir Yusifov və Fərid Sədiyev həlak olub

Tərtərdə mina partlayışı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə AYNA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Aprelin 28-i Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş