Təhsil Nazirliyi: 30 bağça müdiri işdən çıxarılıb

Xəbərlər

07.07.2022 - 18:26

Həkimlər Klinikalar SEO Xidməti

Uşaqların davamiyyətinin təşkili və digər sahələrdə ciddi nöqsanlar aşkar olunub

Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrində monitorinqlər davam etdirilir. 

Nazirlikdən AYNA-ya verilən məlumata görə,  aparılmış monitorinqlər nəticəsində 30 nəfər çalışmanın yaş həddinə çatmış müəssisə rəhbəri tutduğu vəzifədən azad edilib. 
 
Belə ki, həmin müəssisələrdə ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili və digər sahələrdə ciddi nöqsanlar aşkar olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş