“Tantuni”də yoxlama aparılıb

Xəbərlər

16.12.2022 - 18:47

cedabet dərman SEO Xidməti

Dönər istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan AYNA-ya verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Gəncə şəhərində Heydər Əliyev prospekti və İsrafil Məmmədov küçəsinin kəsişməsində yerləşən “Tantuni” dönər evində yoxlama aparılıb.

Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Dönərin hazırlandığı xammalların (ət məhsullarının) üzərində hazırlanma tarixləri və tərkibi barədə məlumatların göstərilmədiyi, soyuducularda məhsulların saxlanması zamanı mal qonşuluğu prinsipinin gözlənilmədiyi, istifadə edilən alət və avadanlıqların təmizlənməsi, dezinfeksiyası və saxlanması üçün isti və soyuq su ilə təchiz olunmuş yuma sahələrinin, işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələrinin olmadığı, gigiyena qaydalarına əməl edilmədiyi aşkarlanıb.

Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş