Tanınmış plastik-cərrah evində öldürülüb - FOTO

Hadisə

07.05.2023 - 11:52

Həkimlər Klinikalar SEO Xidməti

Hadisəni törətməkdə şübhəli bilinən Türkan Gündüzün əri saxlanılıb

Ötən gecə Abşeron rayonu, Novxanı kəndi, İlqar Mirzəyev küçəsində yerləşən bağ evində qətl törədilib. AYNA-nın “Qafqazinfo”ya istinadən məlumatına görə, saat 00 radələrində Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Muhammet Gündüz həyat yoldaşı, tanınmış plastik-cərrah Türkan Yafəs qızı Gündüzü bıçaqlayıb. Ağır xəsarətlər alan 41 yaşlı qadın hadisə yerində vəfat edib.

Bildirilir ki, Türkan Gündüz ixtisaslı plastik-cərrah, proktoloq olub. O, bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında fəaliyyət göstərib, həmçinin vaxtaşırı televiziyalarda qonaq olub. T.Gündüzün son iş yeri Bakıda “City Hospital” klinikası olub.

Qətli törətməkdə şübhəli bilinən Muhammet Gündüzün isə biznes fəaliyyəti ilə məşğul olduğu, onların 14 il əvvəl ailə həyatı qurduğu bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən M.Gündüz saxlanılıb. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin hansı zəmində, hansı şəraitdə və nə səbəbə baş verməsi hələlik məlum deyil, araşdırmalar davam etdirilir.

Tanınmış plastik-cərrah evində öldürülüb -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş