“Azərişıq” ASC azad olunan ərazilərimizin elektrik enerjisi ilə təchizatına başlayıb
“Azərişıq” ASC işğaldan azad olunan ərazilərimizin elektrik enerjisi ilə təchizatına başlayıb. Bu barədə AYNA-ya ASC-dən məlumat verilib.
Bildirilib ki, artıq Şuşa şəhərində elektrik enerjisinin təmini ilə bağlı işlərə başlanılıb.
“İlk olaraq Şuşadakı Gövhər ağa məscidi elektrik enerjisi ilə təchiz edilib”, - deyə qeyd olunub.