Şuşa məscidinin minarələrindən səslənən azan - <font color=red> VİDEO</font>

Maraqlı

27.12.2020 - 20:57

Muğam ifaçıları Mirələm Mirələmov və Təyyar Bayramov Şuşa məscidinin minarələrindən azan səsləndiriblər

 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin Şuşada hərbçilər üçün təşkil etdiyi ilk konsert proqramının videogörüntüləri paylaşılıb.

 

AYNA xəbər verir ki, konsertdən əvvəl tanınmış muğam ifaçıları Mirələm Mirələmov və Təyyar Bayramov Şuşa məscidinin minarələrindən azan səsləndiriblər.

 

Xatırladaq ki, konsert proqramı DTX-nin Şuşa rayon idarəsinin yeni inzibati binasının açılışı münasibətilə təşkil olunub. Otuz ildən sonra ilk dəfə Şuşada, Cıdır düzündə “Bayatı-şiraz” dəstgahı oxunub, Qarabağa və Şuşaya həsr olunmuş mahnılar səsləndirilib.

Müəllif: Ayna.az