Sumqayıt Dövlət Universitetinin əməkdaşları təltif edilib

Xəbərlər

16.11.2022 - 19:48

cedabet dərman SEO Xidməti

Prezident İlham Əliyev bir qrup şəxsi təltif edib

Prezident İlham Əliyev Sumqayıt Dövlət Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

AYNA-nın xəbərinə görə, Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına “Əməkdar müəllim” fəxri adı verilib:

Feyziyev Fikrət Güləli oğlu

Zərbəliyev Məhəmmədəli Məzahir oğlu.

Dövlət başçısının digər sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:

Xəlilov Elmar Şirinbala oğlu

İsayev Əmirxan İsmayıl oğlu

Mahmudova Lalə Fəqail qızı

Məhərrəmova Sona Səbəddin qızı

Məmmədov Ceyhun Həsən oğlu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş