“SpaceX” yeni “Starlink” internet peykləri qrupunu orbitə buraxıb

Maraqlı

18.11.2024 - 16:15

Həkimlər Klinikalar SEO Xidməti

20 mini-peykdən ibarət daha bir partiya uğurla orbitə çıxarılıb

“Falcon 9” daşıyıcı aparatı “Starlink” qlobal internet əhatə dairəsi şəbəkəsinin orbital bürcünü artırmaq üçün 20 mini-peykdən ibarət daha bir partiyanı uğurla orbitə çıxarıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə “SpaceX” şirkəti məlumat yayıb.

Bildirilib ki, peyk qrupu noyabrın 17-də Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasında SLC-4E buraxılış meydançasından buraxılıb. Təxminən bir saat sonra peyklər daşıyıcının ikinci pilləsindən ayrılaraq orbitə daxil olublar.

Xatırladaq ki, oktyabrın 15-də “Falcon” daşıyıcı aparatı “Starlink” sisteminin qlobal internet əhatə dairəsi şəbəkəsinin orbital bürcünü artırmaq üçün 43 mini-peykdən ibarət iki partiyanı orbitə çıxarıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş