Rusiyalı deputat Alla Puqaçovadan qisas almağa çağırış edib

Maraqlı

02.06.2022 - 15:43

Həkimlər Klinikalar SEO Xidməti

Vasserman: "Ona diqqət yetirməsək, məncə, bu, ona və qüruruna ən güclü zərbə olacaq"

Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman Rusiyanın Ukraynaya genişmiqyaslı işğalçı hücumundan bir neçə gün sonra ailəsi ilə birlikdə İsrailə gedən məşhur müğənni, Rusiyanın Xalq artisti Alla Puqaçovaya qarşı nifrət kampaniyasına qoşulub.

AYNA xəbər verir ki, deputat ruslara çağırış edərək bildirib ki, Puqaçovanı yaxşı cəzalandırmaq üsulu sənətçiyə tamamilə məhəl qoymamaqdır: "Bu, Puqaçova üçün çox ağır zərbə olacaq".

“Əgər ona diqqət yetirməsək, məncə, bu, ona və qüruruna ən güclü zərbə olacaq. Ümumiyyətlə, müharibə başlayandan bəri Rusiya Federasiyasını tərk edən sənətçilər ən vacib şeyi - milyonlarla rusun sevgisini itiriblər. Onlardan qisas almaq lazımdır və bunun yolu Rusiyaya qayıtdıqdan sonra konsertlərinə əhəmiyyət verməmək, sosial şəbəkələrdəki hesablarını izləməməkdir", - deyə deputat vurğulayıb.

Vassermanın fikrincə, müharibənin əleyhinə olduqlarını nümayiş etdirərək ölkəni tərk edən sənətçilər rusların sevgisini bir daha qazana bilmədiklərinə görə peşman olacaqlar: "Bu cür insanlara vurulan ən ağır zərbə onlara məhəl qoymamaqdır. Diqqətdə olmaları, sevilmələri onlar üçün "pul kisəsi"dir".

Xatırladaq ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayandan bir neçə gün sonra Puqaçova ölkəsini tərk edib və ailəsi ilə birlikdə İsrailə yerləşib. Mediada onun köçünü Rusiyanın müharibəsinin əleyhinə olması ilə əlaqələndiriblər.

Müəllif: Ayna.az