"Sosial media və ənənəvi KİV-lər məsələlərdən xəbərdar olmaqda mənə kömək edir" - Prezident

Siyasət

21.07.2023 - 22:56

Həkimlər Klinikalar SEO Xidməti

Prezident İlham Əliyev Şuşada Qlobal Media Forumunda çıxış edib

Həm sosial media, həm ənənəvi KİV-lər mənə kömək edir ki, məsələlərdən xəbərdar olum və dərhal onlara reaksiya verim.

AYNA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.

Ona görə gələcək fəaliyyətində də mediadan istifadə edəcəyini bildirən dövlət başçısı qeyd edib: “Mən, əlbəttə, istədiyim qədər fəal deyiləm, çünki məşğulam. Ancaq müəyyən narahatlıq doğuran, cəmiyyətdə narahatlıq doğuran məsələlərə gəldikdə, mən dərhal təmasdayam. Mənim ailəm də mənimlə təmasdadır, qohumlarım təmasdadır və belə görüşlər də çox vacibdir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş