Son sutkada koronavirusa qarşı neçə nəfər peyvəndlənib?

Xəbərlər

30.03.2023 - 17:28

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 355 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 231, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 59, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 11 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 954 233, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 406 362, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 005, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 942, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 265 924 nəfər təşkil edir.

Müəllif: Ayna.az