Son sutkada koronavirusa qarşı neçə nəfər peyvəndlənib?

Xəbərlər

26.02.2023 - 23:48

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 175 nəfərə peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 59, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 68, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 12 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 948 730, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 404 111, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 899, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 400 116, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 265 604 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş