Son sutkada COVID-19-dan ölən olmayıb

Aktual

05.06.2023 - 16:50

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanda daha 1 nəfər koronavirusa yoluxub, 1 nəfər sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 862 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 549 nəfər müalicə olunaraq sağalıb, 10 277 nəfər vəfat edib, aktiv xəstə sayı 36 nəfərdir.

Ölkədə son sutka ərzində 454, hazırkı dövrədək isə 7 626 672 test aparılıb.

Müəllif: Ayna.az