Son həftənin COVID-19 STATİSTİKASI

Xəbərlər

21.08.2023 - 16:09

Analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son bir həftədə (14.08.2023-20.08.2023) 27 yeni yoluxma faktı qeydə alınıb, doqquz nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 832 071 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 747 nəfər müalicə olunaraq sağalıb, 10 295 nəfər vəfat edib, aktiv xəstə sayı 29 nəfərdir.

Ölkədə son həftə ərzində 2 516, hazırkı dövrədək isə 7 668 437 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş