“Rusiya sülhə hazır olduğunu sözlə deyil, konkret addımlarla, xüsusən də uzunmüddətli atəşkəsə razılaşaraq sübut etməlidir”
“Kiyev yalnız uzunmüddətli atəşkəs şərti ilə sülh danışıqlarına hazırdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa “X” sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, “Rusiya sülhə hazır olduğunu sözlə deyil, konkret addımlarla, xüsusən də uzunmüddətli atəşkəsə razılaşaraq sübut etməlidir”.
Diplomatın sözlərinə görə, Kiyev istənilən formatda sülh danışıqlarına açıqdır: “Ancaq o şərtlə ki, Kreml 9 may paradı ərəfəsində qısamüddətli “dinc populizm”ə yox, “sülhə aparan aydın və çətin yola” hazır olsun”.
“Rusiyanın sülhə hazır olması barədə danışmağı dayandırıb hərəkətə keçməyin – real və uzunmüddətli atəşkəsə razılaşmağın vaxtı çatıb”, - deyə Sibiqa vurğulayıb.
Nazir həmçinin qeyd edib ki, ən azı bir aylıq atəşkəs ciddi dialoqun başlanmasına səbəb ola bilər: “Ukrayna da öz növbəsində belə bir addımı dəstəkləyəcək”.