Səngəçalda yanacaq-sürtkü məhsulları saxlanılan anbarda yanğın olub

Hadisə

14.12.2022 - 12:53

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yanacaq-sürtkü məhsulları saxlanılan anbarda yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən AYNA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş