Həmkəndlisini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Şəmkirdə qətl hadisəsi törədilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Qeyd edilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisi Fikrət Bağırovu bıçaqla qətlə yetirməkdə şübhəli bilinən, Şəmkir rayon İrmaşlı kənd sakini İdris Alıyev saxlanılaraq istintaqa təhvil verilib.