Şəmkirdə maşın işıq dirəyinə çırpılıb

Hadisə

27.11.2022 - 21:04

Hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb

Şəmkirdə 1 nəfərin xəsarət alması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.

AYNA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşının yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü Sevinc Quliyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az