Şəkidə 58 yaşlı qadın intihar edib

Xəbərlər

02.04.2023 - 08:13

Pərvanə Məhərrəmovanın meyiti yaşadığı evdə asılı vəziyyətdə tapılıb

Şəkidə 58 yaşlı qadın intihar edib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə axşam saatlarında rayonun Zunud kəndində baş verib.

Kənd sakini 1965-ci il təvəllüdlü Pərvanə Zərbal qızı Məhərrəmovanın meyiti yaşadığı ünvanda asılı vəziyyətdə aşkar edilib. İlkin araşdırma zamanı qadının intihar etdiyi məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az