Şeir yazmaq üçün beş qayda – <font color=red> Öyrən və sən də şeir yaz!</font>

Mədəniyyət

17.04.2021 - 23:12

Bu qaydaları öyrənməklə hər kəs şeir yaza bilər...

 

“Qəribə başlıq oldu, hə? “Öyrən və sən də şeir yaz!” – "Cola" qapaqlarından hədiyyələr qazanmaqla bağlı reklam şüarlarına oxşadı. Ya da Səhiyyə Nazirliyinin xəbərdarlığına – şeir yazmaq sizin sağlamlığınız üçün faydalıdır. Hərçənd, səhiyyə nazirlikləri heç vaxt faydalı məsləhətlər vermir. Nə isə.

 

Birindən xoşunuz gəlir və heç cür sevginizi etiraf edə bilmirsiniz? Ya da sevgiliniz sizdən küsüb və onun könlünü almaq istəyirsiniz? Aşiq olduğunuz adama hansısa özəl günündə duyğusal bir hədiyyə bağışlamaq fikriniz var? Əgər bütün bu məsələləri həll etmək üçün iki-üç bənd şeir işinizə yarayacaqsa, o zaman mən sizə şeir yazmağın sadə qaydalarını izah edəcəyəm”.

 

Bu barədə şair-yazıçı Orxan Bahadırsoy özünün “YouTube” kanalında video yayımlayıb. O, poeziya həvəskarlarının öz hislərini poetik dildə tərənnüm edə bilmələri üçün şeir yazmağın kiçik mətləblərindən danışıb.

 

Qeyd: Müəllif ilə AYNA arasında layihənin işıqlandırılmasına dair anlaşma əldə olunub. Beləliklə:

Müəllif: Orxan Bahadırsoy