Avropa İttifaqı Şurasının rəhbəri sərhəddəki gərginliyə münasibət bildirib
"Ermənistan-Azərbaycan sərhədində döyüşlərin getməsi ilə bağlı xəbərlər son dərəcə narahatedicidir. Tam və dayanıqlı atəşkəs vacibdir". AYNA xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel “Tvitter” səhifəsində yazıb.
Mişel sülh və sabitliyə alternativin olmadığını və bunu təmin etmək üçün diplomatiyanın alternativsiz olduğunu bildirib.