Şabranda yeniyetməni avtomobil vuraraq öldürüb

Hadisə

27.08.2022 - 21:32

Həkimlər Klinikalar SEO Xidməti

Qəzada həlak olan şəxsin meyiti ekspertizaya göndərilib

Şabranda yeniyetməni avtomobil vuraraq öldürüb. AYNA-nın "Report"a istinadən xəbərinə görə, hadisə rayonun Ağalıq kəndində qeydə alınıb.

Belə ki, "Toyota Prius" markalı avtomobil 2011-ci il təvəllüdlü Ağayev Hacıbala Davud oğlunu vurub. Nəticədə yeniyetmə aldığı xəsarətlərdən vəfat edib.

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş