Sabahın havası: Bakıda 10 dərəcə isti olacaq

Xəbərlər

14.12.2022 - 13:55

cedabet dərman SEO Xidməti

Rayonlarda əsasən yağmursuz hava gözlənilir

Dekabrın 15-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-7, gündüz 8-11, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.

Rayonlarda əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi şərq rayonlarında havanın az yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 8-12 dərəcə  isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş