Hücum olacaqsa, sabah yox, daha sonra olacaq
Son bir neçə həftədir ki, Ukrayna və dünya mediasında, sosial şəbəkələrdə yazılan əsas sual budur: “Putin avqustun 24-də Kiyevi vuracaqmı?”. Həyəcan Ukrayna hakimiyyətinin bu həftə dövlət orqanlarının işçilərini onlayn rejimdə fəaliyyətə keçirməklə, habelə metronun iş vaxtını azaltmaq barədə kifayət qədər məntiqli qərarla daha da artıb. Münki az geyinməkdənsə, həddindən artıq geyinmək daha yaxşıdır. Xüsusilə də Putinin müxtəlif tarixlərə olan fanatik sevgisini nəzərə alsaq. Xatırladaq ki, 2014-cü ildə Rusiya Federasiyasının nizami qoşunları “İlovaysk qazanı”nı təşkil etmək üçün avqustun 24-ü ərəfəsində Ukraynaya daxil olub.
Amma mən hələ də inanıram ki, Kremlin bütün təbliğat çirkinlərinin (xüsusilə Duqinin qızının öldürülməsindən sonra) çağırdığı “dövlət orqanlarına zərbə vurulsun”, "İsgəndər raketi atılsın" kimi çağırışları yerinə yetirilməyəcək.
Əsas motivləri və onların məqsədəuyğunluğunu nəzərdən keçirək:
1. Hədə-qorxu aktı
Bəli, yarım ildən sonra Kreml artıq başa düşməli idi ki, Ukraynaya atılan hər yeni raket, hər yeni günahsız qurban, istər qadın, istər qoca, istər uşaq, istərsə də yoldan keçən hər hansı bir insanın ölümü tamamilə əks effekt verir. Yəni ki, ukraynalılar əksinə, daha da birləşir, güclənir, şəxsən Putinə, ümumilikdə isə ruslara nifrət etməyə başlayırlar.
2. Zelenskinin öldürülməsi
Aydın məsələdir ki, o, həmin gün kabinetində oturub “raket gəlişini” gözləməyəcək. Raketlərin çoxu bizim hava hücumundan müdafiəmiz tərəfindən vurulacağı halda, bir raket zərbəsinə on milyonlarla dollar xərcləmək ağılsızlıq deyil? Zərərsizləşdirilə bilməyənlər uçub hədəfləri vursalar belə, bu nəyə gətirib çıxaracaq? Təbii ki, dinc əhali arasında yeni günahsız qurbanlara. Və Allah eləməsin, xarici diplomatlardan kimlərinsə ölümünə. Həqiqətən də, məsələn, Ali Radanın binasının yanında Çin səfirliyi yerləşir. Qalmaqalın səviyyəsini və raşistlər və şəxsən Putin üçün nəticələrini təsəvvür edirsinizmi?
Mən heç bunun Qərb tərəfindən növbəti terror aktı kimi qəbul edilərək yeni sanksiyaların tətbiqinə töhfə verəcəyindən danışmıram. Buna görə Ərdoğan Zelenski ilə görüşə Putinlə danışıqlar təklifləri ilə gəlmişdi?
3. Kiyevə yeni hücum
Onu belə bir tarixə bağlamaq üçün tam axmaq olmalısan. Müharibə, gələn il hərbi əməliyyatların davam etməsi perspektivi ilə uzanan mərhələyə keçmək üçün getdikcə daha çox əlamətlərə malikdir.
Bəli, Rusiyanın cənubdakı hücum cəhdləri və güc balansının dəyişməsi çox güman ki, hələ soyuq havaların başlamasına qədər davam edəcək. Lakin ən azı mayın 9-dan - Putin rejimi üçün müqəddəs tarixdən (daha əvvəl olmasa da) Kreml hər hansı ciddi uğurun əldə olunmasını konkret “təqvimin qırmızı günü” ilə bağlamaqdan uzaqlaşıb.
Əlbəttə ki, Müstəqillik Günü bayramımızı korlamaq üçün nəsə edə bilər. Amma bu, çətin ki, Kiyevin kütləvi atəşə tutulması və üstəlik, Ukraynanın paytaxtına yeni hücum olacaq. Hücum olacaqsa, sabah yox, daha sonra olacaq.
Müəllif: Maksim Yali - Siyasi elmlər namizədi, Ukrayna Siyasi Elmlər Akademiyasının müxbir üzvü
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur