Təmir işləri görülən müddətdə Yardımlı və Lerikin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Sabah Yardımlı və Lerik rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq. AYNA xəbəır verir ki, bu barədə “Azəriqaz”dan bildirilib.
Qeyd edilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Tüklə-Ordahal” yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissəsində yaranmış qaz sızmasının ləğvi ilə bağlı, sabah saat 13:00-dan etibarən təmir işləri başa çatanadək “Lerik”, “Ordahal”, “Yardımlı” və “Əngəvül” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri görülən müddətdə Yardımlı rayonunun (tam olaraq), Lerik rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.