Şarl Mişel liderlərin görüşünə hazırlığın getdiyini açıqlayıb
Avropa İttifaqı Şurasının prezidentinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderlərinin görüşü avqustun 31-də baş tutacaq. AYNA xəbər verir ki, bu barədə Şuranın prezidenti Şarl Mişel "Twitter" hesabında yazıb.
"Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə Brüsseldə sabahkı dördüncü görüş üçün hazırlıq görülür", - Mişel qeyd edib
Xatırladaq ki, Mişelin vasitəçiliyi ilə liderlər sonuncu dəfə 22 mayda Brüsseldə bir araya gəlmişdilər.