Sabah Bakıda 28 dərəcə isti olacaq

Xəbərlər

05.06.2023 - 13:20

İyunun 6-da gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda iyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Gecə 17-22, gündüz 23-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50% olacaq.

Bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq. Gecə 18-23, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 13-18, bəzi yerlərdə 20-23 dərəcə isti olacaq.

Müəllif: Ayna.az