Ruslar COVID-19 peyvəndinə inanmır – <font color=red> SORĞU</font>

Aktual

22.08.2020 - 19:02

Həkimlər Klinikalar SEO Xidməti

Soğru ölkədə yaşayan 1600 nəfər arasında aparılıb

 

Ruslar COVID-19 infeksiyasına qarşı hazırlanmış peyvəndə inamsızlıq göstəriblər. AYNA xarici mediaya istinadən xəbər verir ki, Rusiya İctimai Rəy Araşdırma Mərkəzi tərəfindən COVID-19 virusuna qarşı hazırlanmış peyvəndlə bağlı rəy sorğusu keçirilib.

 

Belə ki, VTSIOM prezidenti Valeri Fedorov peyvənd hazırlanandan sonra ictimai rəy sorğusu keçirdiklərini və respondentlərdən dəqiq cavablar aldıqlarını söyləyib. Onun sözlərinə görə, sorğuda iştirak edənlərin 52%-i peyvənd etdirmək istəmədiyini, 42% istədiyini, 6% isə qərarsız olduğunu bildirib.

 

Soğru ölkədə yaşayan 1600 nəfər arasında aparılıb. Valeri Federov bildirib ki, bu, toplumun vəziyyətini anlamaq üçün maraqlı nəticə olub: “Bir tərəfdən hər kəs qorxur. Digər tərəfdən isə qorxularımızı aradan götürmək istəyirik. Nəticədə, peyvənd etdirmədən öncə sığortalanmaq istəyirik. Fəqət nəticənin necəliyini bilmək üçün peyvənd etdirməyimiz lazımdır. Lakin bir çox adam peyvənd etdirməkdən çəkinir. Çünki qorxurlar və yaxşı nəticə əldə edəcəklərinə inanmırlar”. 

 

Qeyd edək ki, avqustun 11-də Rusiya Prezidenti Vladimir Putin ictimaiyyətə açıqlamasında Rusiya alimlərinin COVID-19 virusuna qarşı peyvənd hazırladıqlarını və peyvəndi “Sputnik-V” adlandırdıqlarını demişdi. 

Müəllif: Ayna.az