Rusiyada tutulan şəxs Azərbaycana ekstradisiya edilib

Xəbərlər

07.10.2022 - 12:36

cedabet dərman SEO Xidməti

Namiq Əlistanov bu il iyulun 11-də Rusiyanın ərazisində müəyyən edilərək saxlanılıb

Rusiyada tutulan şəxs Azərbaycana ekstradisiya edilib. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Baş Prokurorluğunun Əlistanov Namiq Bayrambəy oğlunun ekstradisiyası haqqında vəsatəti Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin olunub.

Belə ki, Qusar Rayon Polis şöbəsinin icraatında olan cinayət işi üzrə Namiq Əlistanov tərəfindən dələduzluğun təkrar törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Namiq Əlistanov bu il iyulun 11-də Rusiyanın ərazisində müəyyən edilərək saxlanılıb. Oktyabrın 5-də o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş