“Şəhər xəstəxanalarının birində həkimlərin nəzarəti altında müalicə alacam"
Rusiyanın İnşaat və Mənzil və Kommunal Təsərrüfatı naziri Vladimir Yakuşevlə müavini Dmitri Volkov koronavirusa yoluxub.
AYNA “TASS”a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
“Şəhər xəstəxanalarının birində həkimlərin nəzarəti altında müalicə alacam. Əlaqədə olacam”, - deyə mətbuat xidməti nazirin sözlərini sitat gətirib.
Qeyd edək ki, İnşaat və Mənzil və Kommunal Təsərrüfatı nazirinin səlahiyyətləri müvəqqəti olaraq Yakuşevin digər müavini Nikita Stasişinə tapşırılıb.
Xatırladaq ki, dünən Baş Nazir Mixail Mişustinin də koronavirusa yoluxduğu elan edilmişdi.