Mariya Zaxarova: “Ermənistan və Azərbaycan əgər siyasi iradə olarsa, kommunikasiyaların blokdan çıxarılmasına dair razılığa gələ bilərlər”.
“Ermənistan və Azərbaycan əgər siyasi iradə olarsa, kommunikasiyaların blokdan çıxarılmasına dair razılığa gələ bilərlər”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Zaxarova qeyd edib ki, Ermənistan, Azərbaycan və Rusiya Federasiyası Baş nazirlərinin müavinlərinin sədrlik etdiyi nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində mühüm irəliləyiş əldə olunub: “İnanırıq ki, üçtərəfli qrup çərçivəsində razılaşmaların əldə olunmasının daha da gecikdirilməsi region ölkələrinin, o cümlədən Ermənistanın maraqlarına zidd olacaq”.