Rusiya millisinin baş məşqçisi istefaya göndərilib

İdman

09.07.2021 - 01:45

Baş məşqçi axtarışlarına qısa zaman içində start veriləcək

 

Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Stanislav Çerçesov istefaya göndərilib.

 

AYNA xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFS) rəsmi saytı məlumat yayıb.

 

Xəbərdə baş məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.

 

RFS komandanı DÇ-2022-nin seçmə oyunlarına hazırlayacaq baş məşqçi axtarışlarına qısa zaman içində start verəcək.

 

Qeyd edək ki, Rusiya millisi AÇ-2020-nin B qrupunda 3 xalla 4-cü yeri tutub və 1/8 finala yüksələ bilməyib.

 

Çerçesov 2016-cı ildən Rusiya yığmasını çalışdırırdı.

Müəllif: Ayna.az