Rubio: “Bu, ABŞ-ın təhlükəsizliyini təhdid edir”

Dünya

02.10.2025 - 14:09

“Federal hökumətin qismən fəaliyyətini dayandırması Vaşinqtonun beynəlxalq münasibətlərdə mövqeyini zəiflədir”

ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, “federal hökumətin qismən fəaliyyətini dayandırması Vaşinqtonun beynəlxalq münasibətlərdə mövqeyini zəiflədir və ABŞ-ın təhlükəsizliyini təhdid edir”.

"Konqresdəki demokratlar hökumətin fəaliyyətini dayandırmaq qərarına gəliblər. Onların partiya maraqlarının diktə etdiyi hərəkətləri Amerikanın dünya səhnəsindəki mövqeyini pozur və milli təhlükəsizliyi təhdid edir", - AYNA.AZ xəbər verir ki, ABŞ dövlət katibi “X”da yazıb.

ABŞ federal hökuməti maliyyə çatışmazlığı səbəbindən oktyabrın 1-də gecə yarısı (Bakı vaxtı ilə 8:00) qismən fəaliyyətini dayandırıb. Bu, ABŞ Konqresində hakim Respublikaçı və müxalif Demokratik partiyalarının nümayəndələrinin səhiyyə də daxil olmaqla bir sıra xərc maddələri üzrə razılığa gələ bilməmələri səbəbindən baş verib. Onlar bir-birini siyasi məqsədlər üçün bağlanmağı təhrik etməkdə və onu uzatmaqda ittiham edirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş