Roland Popp: “Merzin Rusiyaya ultimatum verməsi acizliyin ifadəsidir”

Dünya

17.05.2025 - 09:16

Həkimlər Klinikalar SEO Xidməti

“Berlin etiraf etməlidir ki, Moskva artıq bu cür təhdidləri ciddi qəbul etmir"

“Almaniya kansleri Fridrix Merzin Ukraynada atəşkəslə bağlı Rusiyaya ultimatum verməsi acizliyin ifadəsidir”. AYNA.AZ xəbər verir ki, bu sözləri isveçrəli tarixçi Roland Popp Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində deyib.

Popp bildirib ki, Merz “Taurus” uzaqmənzilli qanadlı raketlərin mümkün tədarükü ilə bağlı müzakirə açaraq Rusiyaya qarşı təhdidlərində həddindən artıq irəli gedib: “Belə sözlər Avropanın zəifliyinin əlamətidir”.

"İlk növbədə, bu, acizliyin ifadəsidir. Rusiya yenidən sanksiyalarla hədələndi. Berlin etiraf etməlidir ki, Moskva artıq bu cür təhdidləri ciddi qəbul etmir", Popp əlavə edib.

Qeyd edək ki, Merz Rusiyanı atəşkəsdən imtina edəcəyi təqdirdə sanksiyalarla hədələyib.

Merz daha əvvəl vurğulamışdı ki, o Ukraynaya silah tədarükü ilə bağlı müzakirələri ictimai müstəvidən çıxarmaq niyyətindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş