Xalq artistinin müalicəsi ölkə rəhbərliyinin diqqətindədir
Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
AYNA-nın Trend-ə istinadən məlumatına görə, açıqlamasında Güllü Hüseynova qeyd edib ki, Rəmiş hazırda Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsindədir: “Hazırda özüm də buradayam, həkimlər hər dəqiqə bizə məlumat verirlər, xəstənin müalicəsini diqqətdə saxlayırlar. Rəmişin müalicəsinin diqqətdə saxlanılmasına görə ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm”.