Qubada meşə massivində yanğın başlayıb

Xəbərlər

20.08.2022 - 13:19

Yanğının söndürülməsi işləri davam etdirilir

"Bu gün Quba rayonunun Gədik kəndi və Qoşabulaq ərazisinin meşə massivində yanğın başlayıb".

AYNA "Report"a istinadən xəbər verir ki, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

O bildirib ki, hazırda həmin ərazilərə Fövqəladə Hallar Nazirliyinin 3 avtomobili və 1 helikopteri cəlb edilib:

"Yanğının söndürülməsi işləri davam etdirilir".

E.Mirzəyev qeyd edib ki, Quba rayonunun digər ərazilərində yanğın söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş