Qonşusunun evindən oğurluq edən keçmiş məhkum saxlanılıb

Xəbərlər

01.06.2021 - 17:38

Onun metal qəbulu yerlərinə satdığı əşyalar maddi sübut kimi götürülüb

 

Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində fərdi evdən məişət əşyalarının oğurlanması barədə polis şöbəsinə müraciət daxil olub.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, oğurluğu törətməkdə şübhəli bilinən şəxs - zərərçəkmişin qonşusu, əvvəllər məhkum olunmuş Bəhruz Fərzəliyev müraciətlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

 

Onun metal qəbulu yerlərinə satdığı həmin əşyalar maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az