"Qırmızı Kitab"a düşən ağaclar kəsilib

Xəbərlər

27.10.2022 - 16:14

cedabet dərman SEO Xidməti

Sənədlər prokurorluğa göndərildi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Astara rayonu, Səlivə kəndi ərazisində Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşən Azat ağaclarının kəsildiyi və zədələndiyi müəyyən edilib.

AYNA xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların vətəndaş Hidayət Məlikzadə tərəfindən qanunsuz kəsildiyi və zədələndiyi, təbiətə 102200 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş