Qazinin intiharı ilə bağlı araşdırma aparılır - RƏSMİ

Xəbərlər

13.07.2022 - 14:21

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır

Sabirabadda qazinin intiharı araşdırılır. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, 1987-ci il təvəllüdlü, Sabirabad rayonu, Qalağayın kənd sakini Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı hazırda Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, iyulun 10-da Sabirabad rayonu, Qalağayın kənd sakini, 3-cü qrup Vətən müharibəsi əlili, 35 yaşlı Cəfərov Elvin Zakir oğlu Sabirabad rayon Mədəniyyət Mərkəzinin qarşısında özünü yandıraraq intihara cəhd edib. O, yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə köçürülüb. İyulun 12-də isə xəstəxanada vəfat edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş