Qazilərin və şəhid ailələri üzvlərinin Şuşaya səfəri təşkil edilib

Xəbərlər

28.06.2022 - 17:29

Səfərdə Şuşa döyüşlərində iştirak edən müharibə əlilləri və orada şəhid olanların valideynləri iştirak ediblər

“YAŞAT” Fondu 26 İyun - Silahlı Qüvvələr Günündə Vətən müharibəsi  qazilərinin və şəhid ailəsi üzvlərinin Şuşaya səfərini təşkil edib.

Fonddan AYNA-ya verilən məlumata görə, səfərdə Şuşanın işğaldan azad edilməsi uğrunda  döyüşlərdə iştirak edən müharibə əlilləri və orada şəhidlik zirvəsinə ucalanların valideynləri iştirak ediblər.

Layihə “Bank Respublika”nın dəstəyi ilə həyata keçirilib.

“YAŞAT” Fondu tərəfindən öncə də bu cür səfər təşkil edilib. Belə ki, “Şəhid əmanətləri Şuşada” layihəsi çərçivəsində şəhidlərimizin övladları Şuşada ağacəkmə aksiyasında iştirak ediblər.

Müəllif: Ayna.az