Qaxda maşın piyadanı vurub

Hadisə

03.01.2023 - 06:38

Həkimlər Klinikalar SEO Xidməti

Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

Qaxda 40 yaşlı piyadanı maşın vurub. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Qax şəhəri ərazisində baş verib.

Qax şəhər sakini, 1982-ci il təvəllüdlü Hümbət Həmid oğlu Hümbətovu “Nissan” markalı minik avtomobili vurub.

Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. H. Hümbətova sağ aşağı ətrafın bud sümüyünün sınığı dioqnozu qoyulub, müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş