Qarabağa gedən avtobuslara bilet satılan portalda problem aradan qaldırılıb

Xəbərlər

27.06.2022 - 18:31

Qısa zaman ərzində texniki problem aradan qaldırılıb

İşğaldan azad edilmiş ərazilərə müəyyən olunmuş marşrutlar üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Bu barədə AYNA-ya Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

27.06.2022-ci il tarixində biletlər satışa çıxarıldıqdan bir müddət sonra bir neçə qurum arasında məlumat mübadiləsi zamanı texniki problem yaranıb. Qısa zaman ərzində texniki problem aradan qaldırılıb.

Hazırda portalın işi bərpa edilib. Vətəndaşlar tərəfindən bilet alışı adı qaydada davam edir.

Müəllif: Ayna.az