“Qara qızıl”ın qiyməti yenidən ucuzlaşıb

İqtisadiyyat

03.09.2020 - 11:09

Azərbaycan neftinin qiymətində də ucuzlaşma müşahidə edilir

 

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,15 dollar ucuzlaşaraq 44,28 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,10 dollar azalaraq 41,41 dollar təşkil edib.

 

Azərbaycan neftinin qiyməti də ucuzlaşıb.Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1 dollar azalaraq 44,92 dollar olub.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az