Neft Fondu dollar satışını azaldıb

İqtisadiyyat

01.03.2021 - 18:42

Valyuta hərraclarında satılan vəsaitin həcmi açıqlanıb

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında satılan vəsaitin həcmi açıqlanıb. AYNA xəbər verir ki, Dövlət Neft Fondunun açıqladığı məlumata görə, 2021-ci ilin fevral ayı ərzində 437,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

 

Bu isə 2020-ci ilin fevral ayı ilə müqayisədə 19,5 faiz və ya 106,1 milyon ABŞ dolları qədər, əvvəlki ayı ilə (2021-ci ilin yanvar) müqayisədə isə 32,2 faiz və ya 207,6 milyon dollar azdır.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin fevral ayı ərzində 543,4 milyon ABŞ dolları məbləğində, 2021-ci ilin yanvar ayı ərzində 644,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Müəllif: Ayna.az