“Qadınlara və qızlara qarşı zorakılığa son!” – Bakıda veloyürüş keçirilir

Xəbərlər

27.11.2022 - 14:03

Veloyürüşə “Azneft” dairəsindən start verilib

Noyabrın 27-də Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə “Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı ilə veloyürüş keçirilir.

AYNA xəbər verir ki, Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş veloyürüşə “Azneft” dairəsindən start verilib.

Yürüşə velosiped üzrə Azərbaycan milli komandasının xanım üzvləri, həmçinin həvəskar xanım velosipedçilər qatılıblar.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən, noyabrın 25-i bütün dünyada Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan edilib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə