Qabor Ştirer: “Zəifləmiş Avropa təhlükəlidir”

Dünya

01.10.2025 - 15:57

“Bu, Ukraynada münaqişənin genişlənməsinə və ya Baltikyanı ölkələrdə toqquşmaya səbəb ola bilər”

“Zəifləmiş Avropa İttifaqı (Aİ) təhlükəlidir. Çünki bu, Ukraynada münaqişənin genişlənməsinə və ya Baltikyanı ölkələrdə toqquşmaya səbəb ola bilər”. AYNA.AZ “Lenta.ru”ya istinadən bildirir ki, bu sözləri macar siyasi ekspert və “Valday” klubunun üzvü Qabor Ştirer deyib.

Onun sözlərinə görə, Aİ-nin hazırkı rəhbərliyi Avropanı çıxılmaz vəziyyətə gətirir, lakin onun rəqibləri buna sevinməməlidir: “Çünki uzunmüddətli perspektivdə Avropanın zəifliyi təhlükəli hadisələrə gətirib çıxara bilər”.

"Tək Avropa ABŞ-ın dəstəyi olmadan daha təhlükəlidir. Çünki bu vəziyyətdə Avropa Ukraynada münaqişənin kəskinləşməsinə və Baltikyanı regionda toqquşmaya səbəb ola bilər. Bu, həm qısa, həm də ortamüddətli perspektivdə təhlükəlidir", - Ştirer qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş