Naməlum alıcı kart üçün iki milyon rubl ödəyib
Rusiya Prezidenti Vladimir Putinin vizit kartı hərracda satılıb. AYNA rus mediasına istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq Hərrac Evi məlumat yayıb.
Naməlum alıcı kart üçün iki milyon rubl ödəyib. Başlanğıc qiyməti min rubl idi.
Qeyd edək ki, vizit kartı Putin üçün 1990-1991-ci illərdə Leninqrad Şəhər Şurası sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri işlədiyi zaman hazırlanıb.